Əsas məzmuna keç

Kilauea vulkanı güclü şəkildə lava püskürdəcək

Kilauea vulkanı güclü şəkildə lava püskürdəcək

Dünyanın ən vulkanlarından biri olan və təxminən 1 ildir 36 dəfə püskürdən ABŞ-nin ştatındakı Kilauea Vulkanının yenidən güclü şəkildə lava püskürtməsi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) verdiyi açıqlamada, Kilaueanın 2024-cü ilin dekabrından bəri müəyyən dövrlərlə lava püskürtdüyü bildirilib.

Açıqlamada ötən ilin dekabrından bu yana 36-cı dəfə lava püskürdüyü qeyd edilən Kilauea Vulkanında 21 noyabr Cümə günü başlayan lava axınının və ona müşayiət edən tüstünün təsirini davam etdirdiyi vurğulanıb.

Kilaueadakı hərəkətlilik əsas götürülərək aparılan analizə görə, vulkanın sabaha qədər yenidən güclü şəkildə lava püskürdə biləcəyi proqnozlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…