Meksikada peşəkar güləş (Lucha Libre) şousu zamanı bədbəxt hadisə baş verib. Hidalqo ştatının Mineral de la Reforma şəhərində yerləşən "Deportivo 11 de Julio" idman kompleksində keçirilən "Deslealtades" turniri zamanı 75 yaşlı tanınmış hakim Xerardo Xerman Pineda ("El Búho") aldığı ağır xəsarət nəticəsində vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rinqdəki qarşıdurma zamanı "El Hijo de Fishman" ləqəbli güləşçinin hakimə tətbiq etdiyi ölümcül "martinete" fəndi (rəqibin başıaşağı vəziyyətdə birbaşa rinqə çırpılması) Pinedanın ağır travma alaraq huşunu itirməsinə səbəb olub. Hadisə yerinə çağırılan tibb personalının təcili müdaxiləsinə baxmayaraq, təcrübəli hakimin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən dərhal sonra "El Hijo de Fishman" ləqəbli idmançı hüquq-mühafizə organları tərəfindən saxlanılıb. Hidalqo Ştatı Baş Prokurorluğu tərəfindən faktla bağlı ehtiyatsızlıqdan adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Güləşçinin təqsiri sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.