Operativ Məlumat Mərkəzi

Meksikada güclü yağışlar ölümə səbəb oldu

2 dəq
Paylaş:
Meksikada güclü yağışlar ölümə səbəb oldu
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, ötən həftədən bəri Priscilla və Raymond tropik fırtınalarının səbəb olduğu güclü yağışlar səbəbilə...

Meksikada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 64-ə, itkin düşənlərin sayı isə 65-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ötən həftədən bəri Priscilla və Raymond tropik fırtınalarının səbəb olduğu güclü yağışlar səbəbilə insan tələfatı artıb.

Ölkənin Veracruz, Puebla, Hidalgo, Queretaro və San Luis Potosi ştatlarında ölənlərin sayının 64-ə, itkin düşənlərin sayının isə 65-ə çatdığı qeyd olunub.

Meksika Prezidenti Klaudia Şeinbaum Milli Saraydakı gündəlik mətbuat konfransında daşqından zərər çəkmiş vətəndaşlara yardım üçün qrupların səfərbər edildiyini bildirib.

Şeinbaum geyim, gigiyena vasitələri, içməli su və ərzaq yardımlarının daha təsirli çatdırılması üçün yeni qrupların bölgələrə göndərildiyini deyib: “Yenidənqurma səylərində və zərərçəkənlərə dəstəkdə bütün qəlbimizlə iştirak edəcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər