Operativ Məlumat Mərkəzi

Medvedev: "Putini həbs etmək müharibə deməkdir"

1 dəq
Paylaş:
Medvedev: "Putini həbs etmək müharibə deməkdir"

Almaniyanın ədliyyə naziri bildirib ki, əgər Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, bu qərarın icra olunması Rusiyaya qarşı müharibə elan etmək demək olacaq:

"Təsəvvür edək ki, bu, reallaşıb. Nüvə nəhənginin dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olsa, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə gedəcək", - deyə Medvedev bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər