Əsas məzmuna keç

Medvedev: “Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq”

Medvedev:  “Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq”

zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə zərbələri endiriləcək”.

Bu barədə Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.

Müsahibə jurnalistin “Telegram” kanalında dərc olunub.

Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq”, - deyə Medvedev suala cavabında qeyd edib.

“Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib”, - deyə Dmitri Medvedev əlavə edib.

O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. O bildirib ki, hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür.

“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, - deyə siyasətçi vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…