"Medina və Mateus qol vurmağa imkan vermədi" - "Hekken"in baş məşqçisi

"Medina və Mateus qol vurmağa imkan vermədi" - "Hekken"in baş məşqçisi
06.10.2023 14:25
Aa
dəq

"Penaltinin verilməməsi mənə təəccüblü gəldi. Marko Yankoviç futbolçumuzu dirsəklə vurduğuna görə qırmızı vərəqə almalı idi. Meydanda çox dayanma oldu. Ancaq baş hakim oyuna az vaxt əlavə etdi".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"a 0:1 uduzan İsveçin "Hekken" klubunun baş məşqçisi Per-Matias Höqmo oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Norveçli mütəxəssis Ağdam klubunun yaxşı futbolçulara sahib olduöunu bildirib: "İlk hissədə oyunumuz alınırdı. Ancaq tədricən "Qarabağ"ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı. Kevin Medina və Mateus Silva xüsusən bizim oyunçulara qol vurmağa imkan vermədi. Hücumçumuz Edvard Çilufyanın 2 qol epizodu oldu. Ancaq belə oyunda ondan yararlanmalısan, əks halda bir də əlinə düşməyə bilər".

Hoqmo 2016-cı ildə Norveç millisini çalışdırarkən Bakıda millimizə 0:1 uduzmalarından da danışıb: "Azərbaycan futboluna böyük hörmətim var. Yaxşı müdafiə olunmağı bacarırlar. O vaxt Norveç millisində işləyərkən Azərbaycana uduzmasaydıq, qrupda digər komandalara da qalib gələrdik".

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu