Əsas məzmuna keç

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Azərbaycan və Rusiyanın mədəniyyət nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib. Bu barədə Mədəniyyət Nazilriyindən...

və Rusiyanın nazirləri görüşüb, iki ölkə arasında mədəni əlaqələrin inkişafı müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazilriyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi noyabrın 16-18-də keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.

O, səfər çərçivəsində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib. Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı nazir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəsində geniş qeyd olunduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanın mədəniyyət naziri rusiyalı həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşün sonunda Olqa Lyubimovaya “ – zirvədən uca” kitabı hədiyyə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…