Əsas məzmuna keç

Şuşada "Kitab dayanacağı" istifadəyə verilib

Şuşada "Kitab dayanacağı" istifadəyə verilib

Vaqif Poeziya Günləri çərçivəsində açılan 24 saatlıq açıq hava kitabxanasının təfərrüatları məlum olub. Xalq şairi Vahid Əziz layihənin ilk qonağı qismində çıxış edib.

en ru

Poeziya Günləri çərçivəsində Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində " dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.

Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Vahid Əziz olub.

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…