MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb
17.07.2024 14:40
Aa
dəq

MDB Parlamentlərarası Assambleyası (MDB PA) 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün müşahidəçilər qrupu formalaşdırır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

“Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu yaradılır”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına əsasən, seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu