Əsas məzmuna keç

MAXE qəbulu üzrə müsabiqə başladı

MAXE qəbulu üzrə müsabiqə başladı

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq xidmətə qəbul elan etdi. 1.85 boy, 26 yaş həddi və rayonlar üzrə tələblərlə buradan tanış olun.

ru en

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi xidmətə () qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə qurumdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə məlumat verilib.

Müsabiqədə ali, orta-ixtisas və ya tam orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş vətəndaşları (kişi) iştirak edə bilərlər.

Namizədlər üçün və yaş tələbləri mövcuddur: yaşı 26-dək, boyu 1.85 santimetr və ondan hündür, idman cüssəli olmalıdırlar. Həmçinin, namizədin özü və yaxın qohumları əvvəllər məhkum olunmamalıdır.

Vakansiya üzrə yalnız paytaxtın Qaradağ rayonunda, eləcə də ölkənin Ucar, Göyçay, Goranboy, Yevlax, Bərdə, Ağdaş, Siyəzən, Şabran və Xaçmaz rayonlarında qeydiyyatda olmaqla yaşayan şəxslər müraciət edə bilər.

Əmək funksiyalarının spesifikliyi, fiziki və psixoloji gərginliyi, eləcə də xidmətin növbəli və əlavə iş vaxtlarında aparılacağı nəzərə alınaraq, iştirakçıların sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi yoxlanılacaq.

Seçim zamanı ali təhsilli, xarici dillərdən hər hansı birini bilən və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…