Moskva vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (İHA) hücumu nəticəsində yaralananların sayının 10 nəfərə çatdığı bildirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Məlumata görə, hücum Podolsk, Domodedovo və Odintsovo şəhərləri istiqamətində həyata keçirilib. Vorobyov bildirib ki, yaralananlar arasında bir uşaq və üç Çin vətəndaşı da var. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi ötən gün saat 20:00-dan səhər saat 08:00-dək Ukraynaya məxsus 381 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Nazirliyin məlumatına əsasən, İHA-lar Moskva və digər bölgələrin, həmçinin Azov və Qara dəniz üzərindəki hava məkanında qeydə alınıb.