Amerikalı iş adamı İlon Mask onun öz siyasi partiyasını yaratmaq planlarını təxirə saldığı ilə bağlı məlumatını təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə “X” hesabında yazıb:
“Wall Street Journal”ın yazdıqlarının heç birinə həqiqət kimi yanaşmaq olmaz”, - deyə o vurğulayıb.
Qeyd olunur ki, WSJ Maskın Respublikaçılar Partiyasının seçicilərini öz tərəfinə çəkmək istəmədiyi üçün yeni siyasi partiya yaratmaq planlarını təxirə saldığını yazmışdı.