Əsas məzmuna keç

Mask Epşteyn işi ilə bağlı həqiqətləri açıqlayanlara dəstək vəd etdi

Mask Epşteyn işi ilə bağlı həqiqətləri açıqlayanlara dəstək vəd etdi

Amerikalı milyarder İlon Mask qalmaqallı maliyyəçi Ceffri Epşteynin cinayətləri barədə məlumat verənlərin hüquqi xərclərini qarşılayacağını bildirib.

en ru

Amerikalı iş adamı Elon qalmaqallı maliyyəçi Epşteynin işi üzrə ifadə verəcək şəxslərin vəkil xərclərini ödəməyə hazır olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə özünə məxsus olan "X" sosial şəbəkəsində paylaşım edib.

Hadisə bir istifadəçinin Epşteynin müştəri siyahısının niyə Konqresinə təqdim edilməməsi və ictimaiyyətə açıqlanmaması ilə bağlı sualına reaksiya olaraq baş verib.

Həmin istifadəçi qeyd edib ki, siyahının açıqlanması hüquqi təqibdən qorxan mənbələrin təhlükəsizliyini təmin edə bilərdi.

Elon Mask bu fikrə cavab olaraq bildirib:

"Bu barədə həqiqəti söyləyən və buna görə məhkəməyə verilən hər kəsin müdafiə xərclərini mən ödəyəcəyəm".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…