Əsas məzmuna keç

Mask 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqladı

Mask 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqladı

Milyarder İlon Mask Neuralink layihəsindəki yeni mərhələni elan etdi. "Telepatiya" implantı tətbiq edilən könüllülər artıq cihazları düşüncə ilə idarə edə biləcəkmi?

en ru

ABŞ-li İlon sahibi olduğu "Neuralink" şirkəti çərçivəsində indiyədək 21 nəfərin beyninə çip yerləşdirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, şirkət təxminən iki ildir davam edən sınaqlarda həyəcanverici nəticələr əldə edildiyini bildirib.

"Neuralink" insan beyni üzərindəki tədqiqatlarını genişləndirməyə davam edərkən, beyin implantı təcrübələri üçün bu günə qədər 21 könüllünün layihəyə cəlb edildiyi qeyd olunub.

Vurğulanıb ki, bu könüllülərin hamısının beyninə çip yerləşdirilib.

Şirkətin açıqlamasında təcrübələr zamanı mühüm irəliləyişlərin qeydə alındığı bildirilib və test prosesinin artıq iki ili geridə qoyduğu xatırladılıb.

İlon Mask 2024-cü ilin yanvarında ilk insan üzərində beyin çipinin tətbiq edildiyini ictimaiyyətə açıqlamışdı.

"Neuralink"in “Telepatiya” adlanan çipi iflic olan şəxslərə kompüter və telefon kimi cihazları yalnız düşüncə gücü ilə idarə etməyə imkan verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…