Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, insanların təhlükəsiz bölgə olduğu iddiası ilə köç etmək məcburiyyətində qaldığı Rəfah şəhərinə hücum ehtimalının onu saxladığını söyləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hazırda Qəzzaya yardım çatdırmaqda böyük çətinlik yaşadıqlarını bildirən Qriffits, "Rəfaha hücum edilərsə və Rəfah bağlanarsa, bu, daha da çətinləşəcək",- deyə bildirib.
Griffiths, Qəzzada insanların gedəcəkləri təhlükəsiz yerlərinin olmadığını vurğulayaraq, “Biz onları təhlükəsiz yerə evakuasiya etmək fikrinin yanıltıcı olduğunu düşünürük.
"Əlini ürəyinizə qoyub, bura getmək üçün təhlükəsiz yerdir deyə biləcəyiniz yer yoxdur", - deyə qeyd edib.