Əsas məzmuna keç

Martda 28 dərəcə isti olacaq - PROQNOZ

Martda 28 dərəcə isti olacaq - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti Bakı, Qarabağ və Aranda 28 dərəcəyədək isti vəd edir. Bəs hansı bölgələrdə şaxta və bol yağıntı gözlənilir? Yazın ilk ayının təfərrüatı:

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin mart ayında ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ümumi proqnoza əsasən, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Bakı və Abşeronda mart havası: Temperatur yüksələcəkmi?

Bakıda və yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir. Bu göstərici iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr temperatur 4-9 dərəcə isti, bəzi günlərdə isə 3 dərəcəyədək ola bilər. Gündüzlər isə hava isinəcək: 8-13 dərəcə, bəzi günlərdə isə hətta 20-25 dərəcə isti proqnozlaşdırılır. Aylıq normaya (20-27 mm) yaxın olacaq.

Naxçıvan MR: Kəskin temperatur fərqləri

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir.

Gecələr temperaturun 2-7 dərəcə isti, bəzi günlərdə isə 2-7 dərəcə şaxta olması ehtimal edilir. Gündüzlər isə havanın temperaturu 19-24 dərəcəyədək yüksələcək. Yağıntı miqdarı norma daxilində (22-44 mm) gözlənilir.

Qarabağ və Şərqi Zəngəzurda hava şəraiti

Xankəndi, Şuşa, Xocalı, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında orta temperatur 3-7 dərəcə isti təşkil edəcək. Gecələr bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər isə 18-23 dərəcə isti gözlənilir.

Şərqi Zəngəzur bölgəsində (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) orta temperatur 4-8 dərəcə isti olacaq. Gecələr 4-9 dərəcəyədək şaxta müşahidə olunsa da, gündüzlər havanın 19-24 dərəcəyədək qızması ehtimalı var.

Qərb bölgəsi: Gəncə və Qazaxda yaz havası

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz və ətraf rayonlarda orta aylıq temperatur 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr bəzi günlərdə 0-5 dərəcə şaxta ola bilər. Lakin gündüzlər havanın kəskin isinməsi və 20-25 dərəcə isti olması proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə normadan (19-48 mm) çox olacağı gözlənilir.

Şimal və Şimal-Qərb rayonları

Şəki, Qəbələ, Quba, Qusar, Zaqatala və digər şimal rayonlarında orta temperatur 6-10 dərəcə isti olacaq.

Dağlıq ərazilərdə gecələr 10-15 dərəcə şaxta, gündüzlər isə 6-11 dərəcə isti gözlənilir. Aran hissədə isə gündüzlər temperatur 19-24 dərəcəyə çatacaq. Yağıntının miqdarının bəzi yerlərdə normadan (23-90 mm) çox olacağı ehtimal edilir.

Mərkəzi Aran: 28 dərəcəyədək isti gözlənilir

Yevlax, Mingəçevir, Kürdəmir, Sabirabad, Şirvan və digər mərkəzi rayonlarda mart ayı isti keçəcək. Orta temperatur 8-11 dərəcə isti olsa da, bəzi günlərdə termometrlər 23-28 dərəcə istini göstərəcək.

Gecələr temperatur 5-10 dərəcə isti, bəzi soyuq günlərdə isə 0-5 dərəcə şaxta ola bilər. Yağıntı normaya (24-45 mm) yaxın olacaq.

Cənub bölgəsi: Lənkəran və Astara

Masallı, Lənkəran, Astara, Lerik zonasında orta aylıq temperatur 6-9 dərəcə isti proqnozlaşdırılır.

Gecələr bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda isə 3-8 dərəcə şaxta müşahidə oluna bilər. Gündüzlər isə havanın 20-25 dərəcəyədək isinməsi gözlənilir. Aylıq yağıntı iqlim normasına (56-112 mm) yaxın olacaq.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #şaxta#yağıntı
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…