Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilk fürsətdə Ermənistana səfər etmək niyyətindədir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən ən qısa zamanda Ermənistana gələcəyəm. Avropanın Ermənistanla həmrəyliyi dəyişməz olaraq qalır", - Kos yazıb.
O, həmçinin bildirdib ki, bu gün tərəflər Aİ-Ermənistan yeni birgə işçi qrupu çərçivəsində işə başlayır, Məqsəd İrəvan və Brüssel arasında tərəfdaşlığın daha da dərinləşdirilməsidir.