İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Rəşford komanda ilə məşqlərə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu əzələ zədəsi səbəbindən bir neçə oyunu buraxıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının cari mövsümündə Rəşford 29 matç keçirib. O, bu oyunlarda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.