Əsas məzmuna keç

Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

Aprelin 4-də Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə edilmiş ərazilərində yaratdığı qondarma rejimin uzaqmənzilli raketi olmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.

D.Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…