Əsas məzmuna keç

Mandelsonun Epşteynlə əlaqəsi niyə araşdırılmadı? - Səbəb

Mandelsonun Epşteynlə əlaqəsi niyə araşdırılmadı? - Səbəb

Emily Thornberry Peter Mandelsonun Cefri Epşteynlə bağlarının yoxlanılmamasını vaxt azlığı və Donald Trampın andiçməsi ilə izah etdi. Səfir təyinatında gizli...

en ru

Böyük Britaniyanın İcmalar Palatasının Xarici İşlər Komitəsinin sədri Emily Tornberry Londonun Mandelsonun amerikalı maliyyəçi Epşteyin ilə əlaqələrini araşdırmağa vaxt tapmadığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, Avropa nəşri “Politico”ya açıqlamasında deyib.

Tornberry qeyd edib ki, Mandelsonun Amerika Birləşmiş Ştatlarına səfir təyinatı məsələsi Trampın andiçmə mərasimindən əvvəl həll edilməli idi.

“Bütün bunlar yanvarın əvvəlində Prezidenti Donald Trampın andiçmə mərasimi ilə həll olunmalı idi. Vaxt məhdud idi və Milad bayramı idi. Adətən geniş araşdırma aylar çəkir”, – deyə o bildirib.

Komitə sədri əlavə edib ki, Mandelsona müsahibə zamanı ünvanlanan suallar, çox güman ki, qeyri-rəsmi xarakter daşıyıb və bu, hesabatlılığın kifayət qədər aşağı səviyyədə olduğunu göstərə bilər.

Namizədlərin şəxsi məlumatlarının yoxlanılması ilə məşğul olan mütəxəssis Metyu Savill isə vurğulayıb ki, Böyük Britaniyada müsahibələr zamanı yalan detektorlarından istifadə edilmir.

Onun sözlərinə görə, təhlükəsizlik yoxlaması son on ildə tamamilə fəlakətə çevrilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…