Əsas məzmuna keç

"Mançester Yunayted" Onananı milliyə buraxmaq istəmir

"Mançester Yunayted" Onananı milliyə buraxmaq istəmir

buna səbəb komandanın "Tottenhem"lə vacib oyununun olmasıdır. Premyer Liqasının 21-ci turuna təsadüf edən oyun yanvarın 14-də keçiriləcək. Kamerun...

"" Kamerun millisinə qapıçısı Onananı yığmaya buraxmaq istəmir

"Operativ Məlumat Mərkəzi-OMM" "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb komandanın "Tottenhem"lə vacib oyununun olmasıdır.

Premyer Liqasının 21-ci turuna təsadüf edən oyun yanvarın 14-də keçiriləcək. Kamerun millisi isə yanvarın 15-də Millətlər Kubokunun qrup mərhələsində Qvineya ilə qarşılaşacaq. Hazırda Kamerun Futbol Assosiasiyası və "Mançester Yunayted" arasında danışıqlar gedir.

Klub qapıçını yanvarın ortalarına qədər komandada saxlamaq istəyir.

Qeyd edək ki, Avropanın bir çox klubu futbolçularının çempionatın ortasında Afrika Millətlər Kubokunun oyununa görə komandanı tərk etməsinə qarşıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…