Əsas məzmuna keç

"Mançester Yunayted" Mateuş Fernandeş üçün tələb olunan qiyməti ödəməkdən imtina edib

"Mançester Yunayted" Mateuş Fernandeş üçün tələb olunan qiyməti ödəməkdən imtina edib

İngiltərə mətbuatı xəbər verir ki, "Vest Hem" yarımmüdafiəçisi üçün 92 milyon avro tələb edir, lakin "qırmızı şeytanlar" bu məbləği yüksək hesab edir.

en ru

İngiltərənin "" klubu " Hem"in heyətində çıxış edən yarımmüdafiəçi Fernandeşin transferi ilə bağlı danışıqlarda çətinliklə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Stretford End" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçu üçün 80 milyon funt-sterlinq (təxminən 92,5 milyon avro) tələb edir.

"Mançester Yunayted" rəhbərliyi isə oyunçunun bazar dəyərini nəzərə alaraq, bu qiyməti qəbuledilməz hesab edir.

Məlumata əsasən, digər klubların marağına baxmayaraq, Mateuş karyerasını məhz "Mançester Yunayted"də davam etdirməkdə maraqlıdır.

Komandanın Maykl Karrik gənc yarımmüdafiəçinin oyun üslubunu bəyənir və onu heyətində görmək istəyir. Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Mateuş Fernandeş ötən mövsüm "Vest Hem"in heyətində İngiltərə Premyer Liqasında 36 matçda meydana çıxıb. O, bu görüşlərdə 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalsa da, komandasının "Çempionşip"ə düşməsinə mane ola bilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…