Əsas məzmuna keç

"Mançester Yunayted" Mateuş Fernandeşi heyətinə qatmağa hazırlaşır

"Mançester Yunayted" Mateuş Fernandeşi heyətinə qatmağa hazırlaşır

İngiltərə mətbuatının məlumatına görə, "Mançester Yunayted" "Vest Hem"in gənc ulduzu üçün rekord məbləğ ödəməyə hazırlaşır.

ru en

"" ""in yarımmüdafiəçisi Fernandeşi transfer etməyə çox yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Times" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 21 portuqaliyalı futbolçunun keçidi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə ediblər.

Mənbə qeyd edir ki, bu transfer "Mançester Yunayted"ə təxminən 92 milyon avroya başa gələ bilər.

Bu məbləğ cari mövsümün ən bahalı keçidlərindən biri kimi tarixə düşə bilər.

Eyni zamanda, futbolçu ilə yaxından maraqlanan digər London klubu "Arsenal"ın bu qədər yüksək təzminat ödəməyə hazır olmadığı vurğulanır.

Gənc yarımmüdafiəçi "Vest Hem"in heyətində göstərdiyi oyunla bir çox nəhəng klubların diqqətini çəkməyi bacarıb.

Ötən mövsüm ərzində o, London təmsilçisinin heyətində 38 rəsmi matçda meydana çıxıb. Fernandes bu görüşlərdə 4 qol vurmaqla yanaşı, 4 məhsuldar ötürmə ilə də yadda qalıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…