Maliyyə Nazirliyinin şəhər və rayon idarələri ləğv edilib və yerində regional idarələr yaradılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hər region üzrə mövcud olan bir neçə şəhər və rayon idarələri bir regional idarəyə çevrilib.
Məlumata görə, hazırda Nazirliyin Aran regionunda Şirvan, Salyan, Sabirabad, Hacıqabul rayon idarələrinin yerində Salyan regional Maliyyə İdarəsi yaradılıb. Şimal bölgəsində isə mərkəzi Qusar şəhəri olmaqla Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.
Maliyyə Nazirliyi məsələ ilə bağlı sorğunu cavablandıracağını bildirib.