Mağazalarda saxta pullarla alış-veriş edən şəxs saxlanılıb

Mağazalarda saxta pullarla alış-veriş edən şəxs saxlanılıb
11.01.2025 13:46
Aa
dəq

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM" bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Həftənin ən çox oxunanları