Mağaza və evləri qarət edən şəxs saxlanılıb

Mağaza və evləri qarət edən şəxs saxlanılıb
18.12.2023 08:59
Aa
dəq

Zaqatala rayonunun Mamrux kəndində 2 evdən və mağazadan oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə və obyektə daxil olan naməlum şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min Rusiya rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 2001-ci il təvəllüdlü Heydər Paşayev saxlanılıb.

O, əməlini etiraf edib və oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu