Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Makron Zelenskinin Trampla görüşünü təşkil edəcəyini vəd etdi

2 dəq
Paylaş:
Makron Zelenskinin Trampla görüşünü təşkil edəcəyini vəd etdi

Fransa Prezidenti Emmanuel Prezidenti Volodimir Zelenskiyə Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində ABŞ Prezidenti Trampla mümkün görüş də daxil olmaqla, bir sıra ikitərəfli danışıqların təşkilində kömək edəcəyinə söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, Makron və Zelenski sammit başlamazdan əvvəl qeyri-rəsmi görüş keçiriblər. Fransa Zelenskiyə mümkün danışıqların təşkili ilə bağlı dəstək göstərəcəyini bildirib.

Makronun “bunu edəcəyəm” dediyi və görüşlərin “bu axşam və ya sabah” baş tuta biləcəyini qeyd etdiyi bildirilib. Lakin onun konkret olaraq hansı görüşün təşkilinə yardım edəcəyi açıqlanmayıb.

“The Guardian” qəzetinin məlumatına görə, Böyük Britaniya, İtaliya, Kanada, Yaponiya, Almaniya və Avropa İttifaqının liderləri Makron, Zelenski və ABŞ Prezidenti Donald Trampı təxminən bir saat gözləyiblər.

Qeyd edək ki, Ağ Ev nümayəndəsinin daha əvvəl “Le Monde” qəzetinə verdiyi məlumata əsasən, Donald Trampın rəsmi gündəliyində Volodimir Zelenski ilə ikitərəfli görüş nəzərdə tutulmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax