Əsas məzmuna keç

Makronun Trampla bağlı sərt mövqeyi: Avropa üçün yeni dövr başlayır

Makronun Trampla bağlı sərt mövqeyi: Avropa üçün yeni dövr başlayır

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının ABŞ-dan asılılığını azaltmalı olduğunu və geri dönüşün olmadığını bəyan edib.

en ru

Fransa Prezidenti Emmanuel Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) liderlərinin yanvar ayındakı fövqəladə sammitində Prezidenti Trampla münasibətlərə dair sərt mesajlar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) sammit iştirakçılarına və yüksək vəzifəli şəxslərə istinadən məlumat yayıb.

Məlumata görə, Makron çıxışı zamanı Avropanın artıq ABŞ-dən təhlükəsizlik baxımından həddindən artıq asılı qala bilməyəcəyini vurğulayaraq, yeni siyasi kursun qaçılmaz olduğunu bildirib.

Bildirilir ki, Fransa Prezidenti sammitdə “Biz artıq xətti çəkirik. Geri dönüş yolu yoxdur” ifadələrini işlədərək, Avropa ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin başlandığını qeyd edib.

Qeyd olunur ki, WSJ-nin məlumatına əsasən, ötən il ərzində Avropa ölkələri Donald Trampla münasibətləri qorumaq üçün müxtəlif diplomatik addımlar atıb, o cümlədən güzəştlərə və yumşaq ritorikaya üstünlük veriblər.

Məlumata əsasən, Trampın Qrenlandiyanı satın almaq istəyi və digər gözlənilməz təşəbbüsləri Avropa paytaxtlarında narahatlığı artırıb. Hətta yaranmış gərginlik fonunda bəzi Avropa dövlətləri regiona öz hərbi qüvvələrini göndərmək məcburiyyətində qalıblar.

Bildirilir ki, siyasi ekspertlər və Avropa rəsmiləri yanvar ayında keçirilən fövqəladə sammiti Qərb müttəfiqləri arasında münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Qeyd olunur ki, Avropa rəsmilərindən biri vəziyyəti şərh edərkən artıq bir administrasiya ilə deyil, “qeyri-stabil bir şəxslə” işləmək məcburiyyətində qaldıqlarını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…