Əsas məzmuna keç

Tarixi razılaşma əldə etdiklərini açıqladı

Tarixi razılaşma əldə etdiklərini açıqladı

ABŞ lideri Donald Tramp Qəzzada hərbi qruplaşmaların tərksilahı ilə bağlı razılıq əldə edib. Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə sülhə doğru nə dəyişir?

ru en

ABŞ Prezidenti Qəzzada HƏMAS və digər silahlı qrupların tərksilah edilməsi ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O bildirib ki, Sülh Şurası HƏMAS və Qəzzadakı digər bütün silahlı qrupların tam şəkildə silahı yerə qoyması barədə razılığa gəlib.

Trampın sözlərinə görə, tərksilah prosesi başa çatdıqca İsrail qüvvələri Qəzzadan mərhələli şəkildə geri çəkiləcək.

Tramp qeyd edib ki, bu proses çərçivəsində Sabitlik Qüvvəsi yeni yaradılacaq Fələstin polis qüvvəsi ilə birlikdə çalışaraq Qəzza sakinləri və qonşu bölgələr üçün təhlükəsizliyin təmin olunmasına dəstək verəcək.

ABŞ prezidenti vasitəçilik səylərinə görə , Qətər və Misirə təşəkkür edib.

"Tarixi irəliləyiş əldə etmişik, lakin görüləcək hələ çox iş var", - o bildirib.

Tramp vurğulayıb ki, əldə olunan razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına doğru atılmış mühüm addımdır və Yaxın Şərqdə davamlı sülhün təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…