Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın veto qoyması səbəbilə Venesuelada keçirilən son prezident seçkilərinin nəticələri ilə bağlı narahatlıqlarını ifadə edən birgə bəyanatla çıxış edə bilməyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Aİ ölkələri Venesuelada keçirilən prezident seçkiləri zamanı iddia edilən “nöqsanlar və qanun pozuntuları” ilə bağlı narahatlığını ifadə etməli idi. Aİ liderləri də “daha çox şəffaflıq” çağırışı etməyi planlaşdırırdılar, lakin Macarıstan rəhbərliyi belə bir bəyanata qarşı çıxdı və ona veto qoydu.
Nəticədə yalnız “Eurodiplomacy”nin rəhbəri Xosep Borrell öz adından “X” sosial şəbəkəsində bəyanatla çıxış edərək seçki məntəqələrində səsvermə protokollarına daxil olmağa çağırıb.