Operativ Məlumat Mərkəzi

Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alınıb

1 dəq
Paylaş:
Lukaşenkonun prezidentliyə namizədliyi qeydə alınıb

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonu prezidentliyə namizəd kimi qeydə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

2025-ci il yanvarın 1-dən 25-dək seçkiqabağı təşviqat kampaniyası keçiriləcək.

Bundan başqa, MSK aşağıdakı şəxsləri ölkə prezidentliyinə namizəd kimi qeydə alıb: fərdi sahibkar Anna Kanopatskaya, Liberal-Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər