Əsas məzmuna keç

ŞKTC-də prezident seçkiləri keçirilir

ŞKTC-də prezident seçkiləri keçirilir

Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək....

Bu gün Şimali Kipr Cümhuriyyətində (KKTC) keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.

Prezident postu uğrunda hazırkı Ersin müstəqil namizəd kimi mübarizə aparır.

Tufan Erhürman, Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.

Əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya tərəfdarı olan Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.

Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Namizədlərdən hər hansı biri lazımı səsi toplamazsa, 7 gün sonra prezident seçkilərinin ikinci turu keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…