"Liverpul" Van Dayka əvəzləyici tapdı

"Liverpul" Van Dayka əvəzləyici tapdı
25.09.2024 12:26
Aa
dəq

"Kristal Pelas"ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehi Premyer Liqanın başqa klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Məlumata görə, “Liverpul” mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

Mersisaydlılar Quehini hollandiyalı Vircil Van Daykın əvəzləyicisi hesab edirlər.

"Transfermarkt" portalı müdafiəçinin bazar dəyərini 38 milyon avro qiymətləndirir. Bu mövsüm Quehi yeddi oyun keçirib, qol vurmayıb.

Həftənin ən çox oxunanları