Əsas məzmuna keç

Livanlı Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

Livanlı Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

bu barədə məhkəmənin mətbuat xidməti bildirib. O bu vəzifədə amerikalı Coan Donohyunu əvəz edib. Uqandadan olan hakim Julia Sebutinde isə Beynəlxalq...

Livanlı hakim Navaf Salam üç il müddətinə Beynəlxalq Məhkəməsinin yeni prezidenti vəzifəsinə seçilib

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.

O bu vəzifədə amerikalı Coan Donohyunu əvəz edib. Uqandadan olan hakim Julia Sebutinde isə Beynəlxalq Məhkəmənin vitse-prezidenti seçilib.

Beynəlxalq Ədalət Məhkəməsinə qoşulmazdan əvvəl Salam 2007-ci ilin iyulundan 2017-ci ilin dekabrına qədər Livanın BMT-dəki daimi nümayəndəsi olub. O, 2012-2013-cü illərdə Baş Assambleyasının vitse-prezidenti, 2013-cü ilin iyulunda isə Baş Assambleyanın Prezidenti vəzifəsini icra edib.

Sebutinde isə 2012-ci ildən Beynəlxalq Ədalət Məhkəməsində işləyir. 2005-2011-ci illərdə o, Sierra-Leone üzrə Xüsusi Məhkəmənin hakimi olub. Bu məhkəmə orqanı Sierra-Leone hökuməti və BMT tərəfindən 1996-cı il vətəndaş müharibəsi zamanı cinayət törətmiş hərbi cinayətkarları mühakimə etmək üçün yaradılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…