Əsas məzmuna keç

Livanda bina çöküb, ölənlər var

Livanda bina çöküb, ölənlər var

Livanın paytaxtı Beyrutda üçmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla azı dörd nəfər ölüb. Bu barədə Milli Xəbər Agentliyi məlumat yayıb....

Livanın paytaxtı Beyrutda üçmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla azı dörd nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, altında 17 nəfər qalır. İndiyədək beş nəfər qalıqlar altından sağ çıxarılıb.

Bildirilib ki, sözügedən bina köhnədir və son günlər yağan güclü yağışlar binanın fundamentinin sürüşməsinə və divarlarının uçmasına səbəb olub.

Ərazidə axtarış-xilasetmə əməliyyat davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…