Əsas məzmuna keç

Litvada radarın qeydə aldığı naməlum obyekt həyəcana səbəb olub

Litvada radarın qeydə aldığı naməlum obyekt həyəcana səbəb olub

Litva səmasında pilotsuz uçuş aparatı olduğu ehtimal edilən obyektə görə sarı hava təhlükəsi siqnalı verilib. Araşdırma zamanı radarların qeydə aldığı obyektin quş sürüsü olduğu müəyyənləşib.

en ru

Milli Böhranların İdarəolunması Mərkəzi (NKVC) yerli vaxtla saat 12:56-da ölkənin hava məkanında naməlum obyektlə bağlı siqnal alındığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Litva mətbuatı NKVC-yə istinadən məlumat yayıb.

Məlumata görə, Vilnüs və ətrafında saat 12:59-da mümkün hava təhlükəsi ilə əlaqədar sarı siqnal elan edilib. Radar qeydlərində olduğu ehtimal edilən obyektin yoxlanılması üçün ölkədə növbə çəkən NATO-ya məxsus döyüş təyyarələri havaya qaldırılıb. Aparılan araşdırma nəticəsində radarların qeydə aldığı obyektin pilotsuz uçuş deyil, quş sürüsü olduğu müəyyən edilib. NKVC bildirib ki, ilkin radar görüntülərində quş sürüləri ilə pilotsuz uçuş aparatları oxşar izlər buraxa bilər.

Bildirilib ki, təxminən 40 dəqiqə davam edən hava təhlükəsi siqnalı ləğv edilib. Müvəqqəti bağlanan Vilnüs hava limanında uçuşlar da yenidən başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…