Litvanın baş naziri İnqrida Simonyte Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) alacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli "Delfi" qəzeti bu barədə öz "Telegram" kanalında Baltik Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Litva Ukrayna üçün təxminən 3 min pilotsuz təyyarə alacaq", - deyə Simonyte bildirib.
Baş nazirin verdiyi məlumata görə, yaxın vaxtlarda Milli Müdafiə Nazirliyinin xətti ilə 2 milyon avro dəyərində əlavə yerli istehsal olan 3 minə yaxın FPV pilotsuz təyyarə alınacaq.
"Ümid edirik ki, onlar bu il cəbhəyə təhvil veriləcək", - deyə Simonyte qeyd edib.