Lisey və gimnaziyalara qəbul imtahanında minimal keçid balını toplayan uşaqların sayı açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanında minimal keçid balını toplayan uşaqların sayı açıqlanıb
09.07.2024 12:31
Aa
dəq

Bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimal keçid balını toplayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, lisey və gimnaziyaların seçimi prosesi yekunlaşmaq üzrədir.

O.Abbasov xatırladıb ki, iyunun 21, 22 və 23-də keçirilən imtahanlarda ümumilikdə 26 518 nəfər iştirak edib:

"21 684 nəfər 10 baldan yüksək, 1610 nəfər şagird isə 40 baldan yüksək nəticə göstərib. Hazırda minimum 10 ballıq nəticəyə malik şagirdlərin lisey seçimi yekunlaşmaq üzrədir. Bu mərhələdə şagirdlərə 3 lisey seçmək hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil. Proses yekunlaşdıqdan sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil".

Həftənin ən çox oxunanları

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu