Əsas məzmuna keç

I sinfə qəbul qaydaları dəyişir: Yeni sistem tətbiq ediləcək

I sinfə qəbul qaydaları dəyişir: Yeni sistem tətbiq ediləcək

Məktəb, lisey və gimnaziyalara şagird qeydiyyatı "mygov" üzərindən aparılacaq. EHİS inteqrasiyası və elektron sənəd qəbulu ilə bağlı mühüm yeniliklərlə tanış olun.

en ru

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, I qəbul xidmətinin İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək.

Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər "mygov" platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Layihənin icrasında Elm və ilə yanaşı, Rəqəmsal İnkişaf və Nazirliyi iştirak edir.

Eyni zamanda fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Belə ki, bu xidmətin də EHİS-ə inteqrasiyasının 2026-cı il oktyabrın 1-nə qədər təmin edilməsi planlaşdırılır.

Bu istiqamətdə işləri İqtisadiyyat Nazirliyi həyata keçirəcək ("Report").

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…