Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qremin Tramp üzərində təsiri: Ukrayna siyasətində pərdəarxası rol

2 dəq
Paylaş:
Qremin Tramp üzərində təsiri: Ukrayna siyasətində pərdəarxası rol

ABŞ Prezidenti Donald Trampın məsələsində mövqeyinin formalaşmasında mərhum senator Lindsi Qremin mühüm rol oynadığı iddia edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “” (WSJ) nəşrinin məlumatına görə, məhz Qremin səyləri Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətində müəyyən balansın qorunmasına təsir edib.

Mənbələr bildirir ki, sammitlərdə iştirak edən ABŞ qanunvericiləri və avropalı rəsmilər Qremin strateji yanaşmasını xüsusi qeyd ediblər. Onların sözlərinə görə, senator və Ukrayna Prezidenti arasında keçirilən görüşlərin tonuna təsir göstərib.

Qeyd olunur ki, Lindsi Qremin strategiyası Trampın dəyişkən mövqeləri fonunda pərdəarxası danışıqlar aparmaq və Ukraynanın maraqlarını müdafiə etməkdən ibarət olub.

Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib ki, Trampın Ukraynaya dəstəyini davam etdirmək qərarında Qremin şəxsi nüfuzu və təkidi böyük rol oynayıb.

Makkol qeyd edib ki, Tramp və Qremin tez-tez birlikdə qolf oynaması müxtəlif siyasi məsələlərin müzakirəsi üçün geniş imkan yaradıb.

“Onlar birlikdə çoxlu qolf oynayırdılar və istər doqquz, istərsə də on səkkiz dəlikli oyun zamanı müzakirələr üçün kifayət qədər vaxtları olurdu”, - deyə Makkol bildirib.

Qeyd edək ki, daha əvvəl “Politico” nəşri də Lindsi Qremin ölümündən sonra Donald Trampın Senatla əlaqələrdə və qanunvericilik təşəbbüslərinin irəlilədilməsində mühüm siyasi müttəfiqlərindən birini itirdiyini yazmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax