Leyla Əliyeva bu gün Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, keçirilən görüşdə mədəniyyət naziri Adil Kərimli də iştirak edib.
Leyla Əliyeva akademiyanın rəhbərliyi, şagird və tələbə kollektivi, eləcə də pedaqoji heyətlə görüşüb. O, təhsil müəssisəsinin fəaliyyəti, dərs otaqları və məşq zalları ilə yaxından tanış olub.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tələbələri qonaqlar üçün xüsusi ifalar təqdim ediblər. Proqramda "Yatmış gözəl" baletindən "Vals" və "Qazağı" rəqsi nümayiş etdirilib.