Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" mərkəzində olublar

2 dəq
Paylaş:
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" mərkəzində olublar

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən "ABAD" Keramika və Tətbiqi Mərkəzi ilə olublar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi səviyyədə tanıdılmasına töhfə verməkdir.

Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva "ABAD"çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax