Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR

2 dəq
Paylaş:
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR

və Alena Əliyeva Gəncə Kompleksini edərək buradakı şəraitlə yaxından tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in yaydığı məlumata görə, 2025-ci il sentyabrın 27-də – Anım Günündə İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu abidə-kompleks, İkinci müharibəsində Ermənistanın raket terroruna məruz qalmış günahsız mülki vətəndaşların xatirəsini yaşatmaq və müharibənin dəhşətli üzünü gələcək nəsillərə nümayiş etdirmək missiyasını daşıyır.

Memarlıq quruluşuna görə iki hissədən ibarət olan binanın birinci qatında muzey ekspozisiyası nümayiş olunur, ikinci mərtəbə isə müxtəlif mərasimlər üçün nəzərdə tutulmuş zaldan ibarətdir.

Səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva həmçinin Gəncədə yaşayan Milli Qəhrəman Natiq Qasımovun ailəsinə baş çəkiblər.

Ailə üzvləri ilə keçən səmimi görüşdə qəhrəmanın əziz xatirəsi böyük ehtiramla yad edilib, duyğulu anlar yaşanıb.

Qeyd edək ki, Natiq Qasımov Birinci Qarabağ müharibəsində, xüsusən Ağdam-Xankəndi cəbhəsində göstərdiyi misilsiz şücaətlə tarixə düşüb. O, beş gün ərzində təkbaşına düşmən mühasirəsində qalmasına baxmayaraq, erməni işğalçılarına qarşı sonadək dirəniş göstərib.

Söhbət əsnasında şəhidin şərəfli həyat yolu və döyüşlərdəki qəhrəmanlığı bir daha qürurla xatırlanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax