Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

2 dəq
Paylaş:
Leyla Əliyeva Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Lənkəran rayonuna səfəri çərçivəsində İstisu qəsəbəsində fəaliyyət göstərən “ çay” təsərrüfatına baş çəkib. O, burada yetişdirilən çay növləri və istehsal olunan məhsullarla yaxından tanış olub.

Təsərrüfatın bölgədə ənənəvi çayçılıq mədəniyyətinin qorunması, yerli istehsalın dəstəklənməsi və ekoloji kənd təsərrüfatının təşviqi istiqamətində mühüm rol oynadığı bildirilib. Leyla Əliyeva çay plantasiyasında çalışan işçilərlə görüşərək, onların gündəlik fəaliyyəti ilə maraqlanıb və çay yığımında iştirak edib. Görüş zamanı xatirə şəkilləri çəkilib.

Fermer təsərrüfatının rəhbəri Araz Yağubov məlumat verib ki, 2006-cı ildə əsası qoyulan 100 hektardan artıq ərazini əhatə edir və bunun 55 hektarı çay plantasiyasıdır. Söhbət zamanı ekoloji kənd təsərrüfatının ətraf mühitin mühafizəsinə, yerli istehsalın inkişafına və regionda məşğulluğun təmin olunmasına verdiyi töhfələr, eləcə də təsərrüfatın aqroturizm potensialı diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax