Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva “Yaşıl çay”da - FOTOLAR

2 dəq
Paylaş:
Leyla Əliyeva “Yaşıl çay”da - FOTOLAR

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində “Yaşıl çay” təsərrüfatında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub.

Bildirilib ki, Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.

Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarında çay plantasiyası salınıb. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.














Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax