Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə etdilər

2 dəq
Paylaş:
Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə etdilər

naziri Sergey Lavrov və İran naziri Abbas Əraqçi arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Sergey Lavrov Cenevrədə ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq İranın nüvə proqramı ilə bağlı vəziyyəti iranlı həmkarı Abbas Əraqçi ilə müzakirə edib.

Xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyət, o cümlədən Cenevrədə keçirilən ABŞ-İran dolayı əlaqələrinin nəticələri nəzərə alınmaqla bağlı fikir mübadiləsi aparıblar.

Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmətlə yanaşılmaqla, ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini təsdiqləyib.

Qarşılıqlı maraq doğuran ikitərəfli gündəlikdəki məsələlərə də toxunulub.

Xatırladaq ki, fevralın 17-də və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar Cenevrədəki Omanın diplomatik nümayəndəliyində baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax