Əsas məzmuna keç

Araqçi Trampın İrandakı iğtişaşlarla bağlı iddialarını rədd etdi

Araqçi Trampın İrandakı iğtişaşlarla bağlı iddialarını rədd etdi

İranın xarici işlər naziri Seyid Abbas Araqçi son hadisələr zamanı həlak olanların sayı ilə bağlı rəsmi məlumatların şəffaf şəkildə paylaşıldığını bildirib.

en ru

İranın naziri Araqçi ABŞ prezidenti Trampın ölkədəki iğtişaşlar zamanı qeydə alınan itkilərlə bağlı səsləndirdiyi iddialara kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mazir rəsmi Tehranın bu məsələdə tam şəffaflıq nümayiş etdirdiyini vurğulayıb.

Araqçi "X" hesabında etdiyi paylaşımda qeyd edib ki, İran hökuməti öz xalqı qarşısında götürdüyü öhdəliyə sadiq qalaraq, son terror əməliyyatları nəticəsində həyatını itirən 3 117 nəfərin tam siyahısını artıq dərc edib.

Onun sözlərinə görə, bu siyahıya 200-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşı da daxildir.

Diplomat qeyd edib ki, İran hakimiyyəti baş verən hadisələri terror əməliyyatları kimi xarakterizə edir.

“Rəsmi rəqəmlərin açıqlanması hökumətin hesabatlılıq siyasətinin tərkib hissəsidir. Təqdim olunan məlumatların dəqiqliyinə şübhə edənlər konkret sübutlar təqdim etməlidir”.

Xatırladaq ki, bu bəyanat Donald Trampın İrandakı iğtişaşlar zamanı ölənlərin sayı ilə bağlı verdiyi son şərhlərdən sonra yayılıb. İran tərəfi bu cür iddiaların əsassız olduğunu və rəsmi statistikanın ictimaiyyətə açıq olduğunu bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…