Əsas məzmuna keç

"İran Tramp təcavüzkarlıq səhvini anlayana qədər mübarizə aparacaq" - Əraqçi

"İran Tramp təcavüzkarlıq səhvini anlayana qədər mübarizə aparacaq" - Əraqçi

XİN rəhbəri Abbas Əraqçi ABŞ-ın İslam Respublikasına qarşı qanunsuz müharibəsini sərt tənqid etdi. Donald Tramp xətasını etiraf edənədək ordu geri çəkilməyəcək.

ru en

İranın naziri Əraqçi ABŞ Prezidenti İslam Respublikasına qarşı silahlı təcavüzünün səhvini etiraf edənə qədər İranın mübarizəni davam etdirəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə hesabında paylaşım edib.

O yazıb ki, “qüdrətli ordumuz ABŞ Prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və bunun heç vaxt təkrarlanmamalı olduğunu anlayana qədər döyüşməyə davam edəcək”.

Əraqçi əlavə edib ki, ABŞ hücumlarının qurbanları da müvafiq kompensasiya almalıdırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…