Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lavrovdan Zelenskiyə sərt ittiham: “Faciəvi obraz yaradır”

2 dəq
Paylaş:
Lavrovdan Zelenskiyə sərt ittiham: “Faciəvi obraz yaradır”

Rusiya Xarici İşlər naziri Prezidenti Vladimir Zelenskinin siyasi mövqeyini tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan mətbuat konfransında Lavrov Zelenskini özünü “faciəvi obrazda” təqdim etməkdə edib.

Məlumata görə, Lavrov keçmiş “Kvartal 95” rəhbəri olan Zelenskinin hazırda siyasi arenada faciəvi rol oynadığını iddia edib. Onun sözlərinə görə, bu yanaşma cəmiyyəti baş verən proseslərin mümkün nəticələrinə hazırlamaq məqsədi daşıyır.

Rusiya XİN rəhbəri daha əvvəl də Zelenskinin siyasətini tənqid edərək, onun yalnız hakimiyyətdə qalmaq və şəxsi maraqlarını qorumaq barədə düşündüyünü iddia edib.

Lavrov NATO barədə də açıqlamalar verib. O, Rutte-nin Rusiya ilə bağlı bəyanatlarında istehza və satirik üslubdan istifadə etdiyini bildirib. Rusiya diplomatiyasının rəhbəri NATO rəhbərinin bu davranışlarını ironik şəkildə şərh edərək, onun “aktyorluq qabiliyyətlərinə” baxmayaraq, “Kvartal 95” kollektivində işə qəbul olunmayacağını söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax