Əsas məzmuna keç

Lavrov: ABŞ və İsrailin İrana qarşı 2 gizli məqsədi var

Lavrov: ABŞ və İsrailin İrana qarşı 2 gizli məqsədi var

Rusiya XİN rəhbəri Sergey Lavrov Tehranın blokadaya alınması üzrə Qərbin yeni strategiyasını ifşa etdi. Regionda gərginliyi artıran sanksiyaların pərdəarxası məqamları...

en ru

Rusiyanın naziri Sergey və İsrailin İrana qarşı siyasətinin əsas məqsədlərindən birinin Tehranla ölkələri arasında münasibətlərin yaxşılaşmasının qarşısını almaq olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə o, "RT India"ya müsahibəsində danışıb.

Lavrov qeyd edib ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı “təcavüzkar siyasəti” regionda yeni yaxınlaşmaların qarşısını almağa yönəlib.

Diplomat xatırladıb ki, illər əvvəl II Abdullah sünnilərlə şiələr arasında barışığa həsr olunmuş zirvə görüşü keçirmişdi. Onun sözlərinə görə, hazırda İranın ərəb ölkələri ilə münasibətlərinin normallaşmaması və Tehranın beynəlxalq təcrid vəziyyətində saxlanılması üçün ciddi səylər göstərilir.

Lavrov bildirib ki, İranın Fars körfəzi regionundakı qonşuları elə proseslərə cəlb olunur ki, nəticədə onlar İsraillə münasibətləri yaxşılaşdırmaq müqabilində Fələstin məsələsində güzəştə getməyə məcbur qala bilərlər.

Nazirin sözlərinə görə, bu vəziyyət Yaxın Şərqdə siyasi balansın dəyişməsinə və region ölkələri arasında yeni gərginliklərin yaranmasına səbəb ola bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…